Sual: salammende agi zimda dis yoxdu damaxlarim yeyilib protez iceri batib istiyirem maraqlanam nece implant geder alta yuxari implant etsem qiymeti ne eder imkan daxilinde ozumde sud vezi xestesiyemn
Cavab: Salam, sizden Klinikanın qeydiyyat şöbəsinə yaxınlaşmağının tövsiyə olunur. Oradan sizi mütəxəsisə yönəldəcəklər və siz mütəxəsisə xəstəliyiniz və probleminiz barədə məlumat verərsiniz
17.09.2017
Refiqe Muradli
Sual: Salam diş əti müalicəsi qiymətlərini təxmini yaza bilərsiniz?Və breket müalicesi mövcuddur siz də ?təqribi qiymətləri ?Minnətdaram
Cavab: Salam, qiymetlerle klinikanın foyesinde vurulmuş lovhede tanish olmaq olar. Diş ətinin müxtəlif patologiya və xəstəliklərinin müalicəsinin qiyməti fərqli ola bilər. Bizde butun nov stomatoloji müalicələr icra edilir.
18.08.2017
samir Poladov
Sual: SALAM MENIM BIR PURABLEM VAR DIWLERIMI YUYANDA QAN GELIR, NE ETMELIYEM KI, QAN GELMESIN?
Cavab: Salam diş ətlərindən qan gəlməsi diş əti problemlərinin ilkin əlaməti hesab olunur. Bununla bərabər diş ətlərindən qanaxma digər daha dərində olan problemlərin göstəricisi ola bilər. Ona görə də stomatoloqa müraciət etməniz daha düzgün olardı. Amma çox vaxt (90%-dən çox hallarda) diş daşları stomatoloq tərəfindən aradan qaldırıldıqdan sonra qanaxma da aradan qalxır. Çünki dişətini qıcıqlandıraraq ondan iltihabi reaksiya oyadan və qanaxmaya gətirib çıxaran diş daşı və diş ərpinin tərkibindəki mikroorqanizmlərdir.
22.06.2017
Guler Kerimova
Sual: nSALAM Hekim sualimi cavablandirsaz sevinerem men ne zaman dis ucun gedsemmene disme iyne vurulur ve urek doyuntulerim bir 2 3 dryqe coxalir ve cox qorxuramHal hazirda dislerim cox incidir vr qorxudan gede bolmirem cunki axirinci defe butun ayaqlarimda esme yarandi iyneden sonra 2 saata esme titreme kecdi evvel mende bele bir wey olmayib ama hemise iyne vurulande doyuntulerim artib heyacanan deyil cunki ancaq iyne vurulanan sora olurUsaq olandaureyimnen emekyyat olmusamama onudayoxladmisam elaqesi yoxdu sadece qorxuram yenede
Cavab: Salam, stomatoloji tibbi müdaxilələr zamanı diş iynə vurularkən yaranan belə hallar bir sıra psxiloji, fizioloji və patoloji hallarla əlaqədar ola bilər. Ona görə də sizde bele halın baş verə bileceyi barədə həkimə əvvəldən məlumat verin. Bəzən dişləri müalicə edərkən iynə vurmadan alternativ vasitələrdən istifadə etmək mümkün olur (məsələn: dişin sinirini çıxartmaq üçün arsen pastadan istifadə).
16.06.2017
Arzu Bayramova
Sual: Salam dis eti qanamam var (paradentoz) 2 defe mualice olunmusam ferqli yerlerde ve her mualice zamani damagima vitamin qarisigi olan iyneler vurulub ve dis daslarim temizlenib buna baxmayarag yene de dislerimde qanamalar var her gun xahis edirem bir meslehet gorun nTedris stomatoloji klinikaya gelmek isteyirem ancag meslehet edebileceyim bir hekim tanimiram ve qiymetlerden xebedar deilem Cox xahis edirem bu barede mene etrafli melumat veresiniz
Cavab: Salam, diş əti qanaxmaları bir sıra problemlərin ağız boşluğundakı təzahürü ola bilər. Ona görə də belə davamlı qanaxmalar zamanı ətraflı müayinə və müalicə tədbirləri tələb olunur. Belə davamlı qanaxma problemlərinə çox nadir hallarda rast gəlinir. Ona görə də yaxşı olar ki, siz bizim klinikanın qeydiyyatna yaxınlaşasınız oradan sizi uyğun mütəxəsisə yönləndirə bilərlər.
16.06.2017
Arzu Bayramova
Sual: Salam dis eti qanamam var (paradentoz) 2 defe mualice olunmusam ferqli yerlerde ve her mualice zamani damagima vitamin qarisigi olan iyneler vurulub ve dis daslarim temizlenib buna baxmayarag yene de dislerimde qanamalar var her gun xahis edirem bir meslehet gorun nTedris stomatoloji klinikaya gelmek isteyirem ancag meslehet edebileceyim bir hekim tanimiram ve qiymetlerden xebedar deilem Cox xahis edirem bu barede mene etrafli melumat veresiniz